Yuxarı
    Bağlamaq

    Nigeriyada yaraqlılarla toqquşmada 5 hərbçi ölüb

    Daha 4 əsgər yaralanıb

    Bakı. 5 noyabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində radikal "Boko haram" qruplaşması üzvləri ilə toqquşma nəticəsində ən azı 5 hərbçi həlak olub.

    "Report" xəbər verir ki, bu barədə şənbə günü ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Sani Osmana istinadən AFP məlumat yayıb.

    "Cümə günü axşam "Boko haram" yaraqlıları ordunun Mallam-Fatoridəki 119-cu batalyonuna hücum ediblər. Əsgərlər terrorçuların hücumunun qarşısını alaraq onların 14 nəfərini məhv ediblər. Təəssüf ki, biz də 1 zabit və 4 əsgərimizi itirmişik, 4 nəfər yaralanıb", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi