​Nigeriyada yaraqlıların hücumu nəticəsində 29 nəfər ölüb

​Nigeriyada yaraqlıların hücumu nəticəsində 29 nəfər ölüb Sağ qalanların çoxu odlu silahdan xəsarət alıb
Digər ölkələr
28 İyul , 2015 20:31
​Nigeriyada yaraqlıların hücumu nəticəsində 29 nəfər ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən bir neçə yaşayış məntəqəsinə yaraqlılar tərəfindən həyata keçirilən hücumlar nəticəsində ən azı 29 nəfər həlak olub. Yaraqlıların "Boko Haram" qruplaşmasının üzvü olduqları ehtimal edilir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı yerli hakimiyyət nümayəndələri yayıb.

"Sinxua" agentliyinin Nigeriya parlamentinin deputatı Cubrin Satumariyə istinadən verdiyi xəbərə görə, yaraqlılar Dille yaşayış məntəqəsini və Borno ştatında iki yaxın kəndi atəşə tutub. İyulun 27-də başlanan atışma bu gün səhərədək davam edib.

Yerli hakimiyyətin məlumatına görə, yaraqlılar kəndlərə motosikl və mikroavtobuslarla hücum edərək, АК-47 avtomatlarından atəş açıb. Onlar həmçinin "Molotov kokteyli"ndən istifadə ediblər.

Satumarinin sözlərinə görə, sağ qalanların çoxu odlu silahdan xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi