Nigeriyada yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər yaralanıb

Nigeriyada yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər yaralanıb Nigeriyanın şimal-qərbindəki Qusau şəhərində yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Digər ölkələr
6 İyun , 2019 17:34
Nigeriyada yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər yaralanıb

Nigeriyanın şimal-qərbindəki Qusau şəhərində yaraqlıların hücumu nəticəsində 16 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hücumun baş verdiyi Zamfara ştatı administrasiyasının mətbuat katibi Yusuf İdris insanların öldüyünü təsdiqləyib. 

Onun sözlərinə görə, ştatın qubernatoru hadisə yerinə baş çəkərək ölənlərin yaxınlarına başsağlığı verib.

"Qubernator həmçinin yaralılara daha yaxşı tibbi yardım göstərilməsi üçün onların Kanoma şəhərindəki ümumi xəstəxanadan Qusau Federal Tibb Mərkəzinə köçürülməsinə dair göstəriş verib. Bütün xərcləri ştat rəhbərliyi öz üzərinə götürüb", - deyə Y.İdris əlavə edib.

Son xəbərlər

Orphus sistemi