​Nigeriyada yaraqlılar 4 nəfəri öldürüb, 3 qadını əsir götürüblər

​Nigeriyada yaraqlılar 4 nəfəri öldürüb, 3 qadını əsir götürüblər Onlar hücum zamanı bir neçə evi yandırıblar
Digər ölkələr
15 İyun , 2016 06:28
​Nigeriyada yaraqlılar 4 nəfəri öldürüb, 3 qadını əsir götürüblər

Bakı. 15 iyun. REPORT.AZ/ "Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın şimalında yerləşən Çibok şəhəri yaxınlığında ən azı 4 nəfəri öldürüb və 3 qadını əsir götürüblər.

"Report" xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Reuters" məlumat yayıb.

Yerli sakinlərin və könüllülərdən ibarət dəstə üzvlərinin sözlərinə görə, yaraqlılar səhər saatlarında Kautuva kəndinə hücum ediblər. Hücum zamanı onlar bir neçə evi yandırıblar və kənd sakinlərini atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi