​Nigeriyada yanacaqdaşıyan maşın dayanacağa çırpılıb, 70 nəfər ölüb

​Nigeriyada yanacaqdaşıyan maşın dayanacağa çırpılıb, 70 nəfər ölüb Ölənlərin çox yanaraq tanınmaz vəziyyətə düşüb
Digər ölkələr
2 İyun , 2015 04:40
​Nigeriyada yanacaqdaşıyan maşın dayanacağa çırpılıb, 70 nəfər ölüb

Bakı. 02 İyun. REPORT.AZ/ Nigeriyanın Anambra ştatının paytaxtı Oniçe şəhərində yanacaqdaşıyan maşının iştirakı ilə baş verən yol qəzası nəticəsində 70 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə, bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) istinadən yerli "The News" nəşri məlumat yayıb.

Qəza mayın 31-də günorta saatlarında, yük maşınının idarəetməni itirərək izdihamlı dayanacağa girməsi və orada partlaması nəticəsində baş verib.

BQXK-nın yerli bürosunun məlumatına görə, insanların bir çoxu yanaraq tanınmaz vəziyyətə düşüblər və qohumları onları yalnız DNT testindən sonra tanıya biləcəklər.

Polisin məlumatına görə, sürücü qəza baş verməzdən əvvəl sürət həddini aşıb.

Son xəbərlər

Orphus sistemi