Nigeriyada terrorçuların zərərsizləşdirilməsi zamanı bir neçə nəfər yaralanıb

Nigeriyada terrorçuların zərərsizləşdirilməsi zamanı bir neçə nəfər yaralanıb Partlayış zamanı daha 2 nəfər xəsarət alıb
Digər ölkələr
26 Yanvar , 2017 02:10
Nigeriyada terrorçuların zərərsizləşdirilməsi zamanı bir neçə nəfər yaralanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Nigeriya polisi ölkədə terror aktı törətmək hazırlığında şübhəli bilinən 3 nəfəri zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Borno ştatının polis rəisi məlumat verib.

Məlumata görə, hüquq-mühafizə orqanları Mayduquridə planlaşdırılan 3 terror aktının qarşısını alıblar. Belə ki, terrorçu-kamikadzelərin ikisi polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Lakin üçüncü terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salmağa nail ola bilib. Onun zərərsizləşdirilməsinə cəhd zamanı baş vermiş partlayış zamanı yaxınlıqdakı ərazidən keçən bir nəfər həlak olub.

Partlayış zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hakimiyyət orqanları terror aktının arxasında "Boko Haram" qruplaşmasının dayandığını güman edir.

Son xəbərlər

Orphus sistemi