Nigeriyada terrorçuların hücumu nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb - YENİLƏNİB

Nigeriyada terrorçuların hücumu nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb - YENİLƏNİB Azı 62 nəfərin yaralandığı bildirilir
Digər ölkələr
31 Yanvar , 2016 22:36
Nigeriyada terrorçuların hücumu nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 31 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşması üzvlərinin Nigeriyanın Mayduquri şəhərinə hücum etməsi nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Hücum zamanı əsasən qaçqınların yaşadığı Dalori qəsəbəsinin sakinləri zərər çəkiblər. Hadisə zamanı azı 62 nəfərin yaralandığı bildirilir.

*** 20.03

Bakı. 31 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşması üzvlərinin Nigeriyanın Mayduquri şəhərinə hücum etməsi nəticəsində ən azı 65 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nigeriyanın ordu generalı Mustafa Ankasın sözlərinə görə, hücum zamanı Mayduruqinin şərqində yerləşən Dalori qəsəbəsinin sakinləri zərər çəkiblər. O bildirib ki, hücum şənbə günü axşam baş verib. Terrorçular ölkə vətəndaşlarına atəş açaraq evlərə od vurublar.

Son xəbərlər

Orphus sistemi