Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var

Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var Nigeriyada terror aktı törədilib.
Digər ölkələr
17 İyun , 2019 14:24
Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var
AP

Nigeriyada terror aktı törədilib. 

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.

Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.

Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 17 nəfər yerindəcə ölüb.

Son xəbərlər

Orphus sistemi