Nigeriyada son bir gün ərzində 49 nəfər qətlə yetirilib

Nigeriyada son bir gün ərzində 49 nəfər qətlə yetirilib Terror aktları "Boko Haram" qruplaşmasının təlimatı ilə həyata keçirilib
Digər ölkələr
19 Noyabr , 2015 03:04
Nigeriyada son bir gün ərzində 49 nəfər qətlə yetirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Nigeriyanın müxtəlif regionlarında törədilən terror aktları nəticəsində son bir sutka ərzində 49 nəfər qətlə yetirilib, onlarla insan xəsarət alıb. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Kan şəhərində iki qadın-kamikadze 15 nəfərin ölümünə səbəb olub. Azı 53 nəfər yaralanıb.

Daha bir terror aktı ölkənin şimal-şərqindəki Yola şəhərində törədilib. Nəticədə 34 nəfər ölüb, 80 insan xəsarət alıb.

Ölkə rəsmiləri hesab edir ki, terror aktları "Boko Haram" qruplaşmasının təlimatı ilə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi