Nigeriyada silahlı şəxslər şəhərə hücum edərək onu yandırıb

Nigeriyada silahlı şəxslər şəhərə hücum edərək onu yandırıb Yerli əhali ərzaqsız qalıb
Digər ölkələr
6 Noyabr , 2017 23:10
Nigeriyada silahlı şəxslər şəhərə hücum edərək onu yandırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Nigeriyada azı altı nəfər “Boko Haram” radikal qruplaşmanın hücumunun qurbanı olub.

“Report” “TASS”-a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərgində baş verib.

Məlumata görə, “Boko Haram” qruplaşmasına aid 200-ə yaxın silahlı şəxs ölkənin Borno ştatının paytaxtı Mayduquri şəhərindən 50 km şimal-qərbdə yerləşən Caddannam şəhərinə hücum edib. 

Bildirilir ki, hücum edənlər şəhəri yandırıb, qida ehtiyatlarını və mal-qaranı məhv edib. Nəticədə yerli əhali ərzaqsız qalıb.

Yerli məmurlar hökuməti yardım göndərməyə və hücuma məruz qalmış rayonlarda patrul xidməti çəkən əməkdaşların sayını artırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi