Nigeriyada silahlı şəxslər kəndə hücum edərək 15 nəfəri öldürüb

Nigeriyada silahlı şəxslər kəndə hücum edərək 15 nəfəri öldürüb Bakı. 3 iyun. REPORT.AZ/ Nigeriyada silahlı qrup ölkənin şimal-qərbindəki Zamfara ştatının kəndinə hücum edib.
Digər ölkələr
3 İyun , 2018 09:20
Nigeriyada silahlı şəxslər kəndə hücum edərək 15 nəfəri öldürüb

Bakı. 3 iyun. REPORT.AZ/ Nigeriyada silahlı qrup ölkənin şimal-qərbindəki Zamfara ştatının kəndinə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NAN agentliyi məlumat yayıb.

Ştat polisinin rəsmisi Məhəmməd Şexin sözlərinə görə, cinayətkarlar Zakuna kəndinə basqın edərək, inəkləri oğurlayıblar. Yerli sakinlər onları qaçmağa məcbur ediblər. Bununla belə, quldurlar tezliklə kəndə qayıdaraq 15 nəfəri öldürüblər.

"Hücum haqqında məlumat əldə edən polis kəndə gedərkən orada 15 cəsəd aşkarlayıb", - deyə polis rəsmisi bildirib. O, əlavə edib ki, ərazidə mühafizə tədbirləri gücləndirilib.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Son xəbərlər

Orphus sistemi