Nigeriyada silahlı hücumda 36 nəfər ölüb

Nigeriyada silahlı hücumda 36 nəfər ölüb Nigeriyanın Plateau əyalətində silahlı hücum nəticəsində 36 mülki şəxs həyatını itirib.
Digər ölkələr
25 Avqust , 2021 22:57
Nigeriyada silahlı hücumda 36 nəfər ölüb

Nigeriyanın Plateau əyalətində silahlı hücum nəticəsində 36 mülki şəxs həyatını itirib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumun qarşısını alan təhlükəsizlik qüvvələri 10 şübhəli şəxsi saxlayıb.

Əyalətdə 24 saatlıq komendant saatı elan edilib.

Qeyd edək ki, Nigeriyanın şimalında hakim Hausa-Fulani qrupu ilə kiçik yerli etnik qruplar arasında tez-tez toqquşmalar olur. Avqustun 14-də sonuncu silahlı hücumda 22 nəfər həyatını itirmişdi.

Son xəbərlər

Orphus sistemi