Nigeriyada silahlı hücum zamanı 8 nəfər öldürülüb

Nigeriyada silahlı hücum zamanı 8 nəfər öldürülüb Nigeriyada silahlı hücum baş verib
Digər ölkələr
7 Aprel , 2021 02:58
Nigeriyada silahlı hücum zamanı 8 nəfər öldürülüb

Nigeriyada silahlı hücum olub.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Nigeriyanın Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan vilayətin Kajuru və Doka bölgələrində hücum təşkil edildiyini bildirib.

O, hücumun naməlum silahlılar tərəfindən təşkil olunduğunu deyib. Samuel Aruvanın sözlərinə görə, hadisə zamanı 8 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.

Ölkədə son zamanlar silahlı şəxslərin motosikletlərlə hücumlarına görə bəzi əyalətlərdə motosikletin istifadəsi qadağan edilib.

Bölgədə heyvandarlıqla məşğul olan Fulani icması ilə əkinçiliklə məşğul olan icmalar arasında şiddətli qarşıdurmalar baş verir.

Keçən il Kaduna əyalətində silahlı şəxslərin təşkil etdiyi hücumlarda 937 nəfər öldürülüb, 1 972 nəfər oğurlanıb.

Son xəbərlər

Orphus sistemi