Nigeriyada silahlı hücum zamanı 11 nəfər öldürülüb, yaralananlar var

Nigeriyada silahlı hücum zamanı 11 nəfər öldürülüb, yaralananlar var Nigeriyanın şimal-qərbində baş verən silahlı hücumda 11 nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Digər ölkələr
12 Noyabr , 2021 07:06
Nigeriyada silahlı hücum zamanı 11 nəfər öldürülüb, yaralananlar var

Nigeriyanın şimal-qərbində baş verən silahlı hücum zamanı azı 11 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Kasina ştatının polis rəisi İsa Qambonun jurnalistlərə verdiyi məlumata görə, bir qrup silahlı şəxs Basaridə insanlara atəş açıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Polis rəisi qeyd edib ki, hücum zamanı bir neçə yaşayış binası yandırılıb, əhali təşviş içində evlərini tərk edib.

Polis rəisinin sözlərinə görə, əraziyə təhlükəsizlik xidmətinin əməkdaşlarından ibarət əlavə dəstələr göndərilib. Hücumla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Nigeriyada motosikletlərdən istifadə qadağandır, çünki bu tip nəqliyyat vasitələrindən daha çox silahlılar və terrorçular istifadə edir.

Şimali Afrikanın bu ölkəsində Fulani icmasının heyvandarları ilə tez-tez bir sıra əkinçilik icmaları arasında şiddətli toqquşmalar baş verir. Fulani üzvləri iddia edir ki, fermerlər onların mal-qaralarını oğurlamağa və heyvanları otlaqlarından uzaqlaşdırmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi