Nigeriyada silahlı hücum olub, 11 nəfər ölüb

Nigeriyada silahlı hücum olub, 11 nəfər ölüb 2020-ci ilin aprel-iyul aylarında keçirilən “Puff Adder” əməliyyatı çərçivəsində silahlı dəstələrin 2 min 504 üzvü tutulub
Digər ölkələr
3 İyun , 2021 09:44
Nigeriyada silahlı hücum olub, 11 nəfər ölüb

Nigeriyanın Kaduna və Katsina əyalətlərinə silahlı hücum nəticəsində 11 nəfər ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib.

Onun sözlərinə görə, naməlum silahlı şəxslərin Katsinanın Zandam kəndinə hücumu nəticəsində biri polis olmaqla 7 nəfər, eləcə də onların Kaduna əyalətinin Goska rayonuna hücumu nəticəsində isə 4 nəfər öldürülüb və çoxlu sayda insan yaralanıb.

Məlumata görə, ölkədə 2020-ci ildə 3 188 nəfər silahlı dəstələr arasındakı atışmaların qurbanı olub.

Nigeriya xüsusi təyinatlı polis dəstələrinin sözçüsü Frank Mba bildirib ki, silahlı dəstələrə qarşı keçirilən əməliyyat nəticəsində 81 nəfər tutulub. Onun sözlərinə görə, 2020-ci ilin aprel-iyul aylarında keçirilən “Puff Adder” əməliyyatı çərçivəsində silahlı dəstələrin 2 504 üzvü tutulub.

Son xəbərlər

Orphus sistemi