Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər öldürülüb

Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər öldürülüb Bakı. 2 yanvar. REPORT.AZ/ Naməlum silahlı qrup Nigeriyada kilsədən qayıdan insanlara hücum edib.
Digər ölkələr
2 Yanvar , 2018 05:24
Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər öldürülüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Naməlum silahlı qrup Nigeriyada kilsədən qayıdan insanlara hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Premium Times" onlayn qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin cənubunda, Rivers ştatında, Omoku yaşayış məntəqəsində baş verib.

Polis insident zamanı öldürülənlərin dəqiq sayı barədə məlumat verməyib. Ölkənin Dəniz Administrasiyası və Təhülkəsizlik Agentliyinin nümayəndəsi Dakuku Pitersaydın sözlərinə görə, hücum nəticəsində 21 nəfər həlak olub.

Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Lakin Pitersayd qeyd edib ki, insident müxtəlif dinlərə sitayiş edən qruplaşmalar arasında üstünlük uğrunda mübarizə nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi