Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər ölüb

Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər ölüb Bakı. 29 sentyabr. REPORT.AZ/ Cümə günü Nigeriyanın Plato ştatının paytaxtı Cos şəhərində baş verən silahlı hücum nəticəsində 18 nəfər ölüb.
Digər ölkələr
29 Sentyabr , 2018 03:46
Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Cümə günü Nigeriyanın Plato ştatının paytaxtı Cos şəhərində baş verən silahlı hücum nəticəsində 18 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən yerli "Nigerian Tribune" qəzeti yazıb.

Nəşrin məlumatına görə, naməlum silahlı şəxslər cümə axşamı axşam insanlara nizamsız atəş açıblar. Onlar hadisə yerində 14 nəfəri öldürüblər, daha 4 nəfər xəstəxanalarda keçinib.

Nəşrin yazdığına görə, hücam edənlər fulani xalqının nümayəndələri ola bilərlər.

Yerli hökumət nəşrə hadisəni təsdiq edib və vəziyyətin artıq nəzarət altında olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi