Nigeriyada silahlı dəstələrin 30 üzvü zərərsizləşdirilib

Nigeriyada silahlı dəstələrin 30 üzvü zərərsizləşdirilib Nigeriya hərbçiləri ölkənin şimal-qərbində silahlı dəstələrin üzvlərini zərərsizləşdiriblər.
Digər ölkələr
29 May , 2020 02:51
Nigeriyada silahlı dəstələrin 30 üzvü zərərsizləşdirilib

Nigeriya hərbçiləri ölkənin şimal-qərbində silahlı dəstələrin üzvlərini zərərsizləşdiriblər.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Con Eneçe bildirib.

O, qeyd edib ki, əməliyyat otlaqlara görə çobanlarla fermerlər arasında tez-tez silahlı münaqişələrin baş verdiyi Zamfara ştatının Doumborou meşəsində keçirilib.

Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub. Silahlı dəstələrin bir çox üzvləri qaçmağa müvəffəq olub.

Qanunsuz qruplaşmaların sığınacaqları və anbarları məhv edilib, xeyli sayda silah-sursat ələ keçirilib. 

Son xəbərlər

Orphus sistemi