Nigeriyada qubernatora hücum zamanı 15 nəfər öldürülüb

Nigeriyada qubernatora hücum zamanı 15 nəfər öldürülüb Nigeriyada İŞİD qruplaşması ilə əlaqədə olan silahlılar ölkənin şimal-şərqində qubernatoru müşayiət edən dəstəni pusquya salaraq təhlükəsizlik xidmətinin 15 əməkdaşını öldürüblər.
Digər ölkələr
26 Sentyabr , 2020 03:57
Nigeriyada qubernatora hücum zamanı 15 nəfər öldürülüb

Nigeriyada İŞİD qruplaşması ilə əlaqədə olan silahlılar ölkənin şimal-şərqində qubernatoru müşayiət edən dəstəni pusquya salaraq təhlükəsizlik xidmətinin 15 əməkdaşını öldürüblər.

"Report" xəbər verir ki, bu barədə "Agency France Press" mənbəyə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, hadisə Çad gölü sahilindəki Baqa şəhəri yaxınlığında baş verib. Borno ştatı qubernatorunun getdiyi avtomobilə hücum zamanı 8 polis əməkdaşı, 3 əsgər və hökuməti dəstəkləyən 4 könüllü öldürülüb.

Məlumata görə, silahlılar avtomobil karvanını pulemyotlardan və qumbaraatanlardan atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi