Nigeriyada 30-dan çox qızıl çıxaran şəxs qətlə yetirilib

Nigeriyada 30-dan çox qızıl çıxaran şəxs qətlə yetirilib Quldurlar heç nə oğurlamayıblar
Digər ölkələr
9 Noyabr , 2016 02:40
Nigeriyada 30-dan çox qızıl çıxaran şəxs qətlə yetirilib

Bakı. 9 noyabr. REPORT.AZ/ Nigeriyanın şimalında yerləşən ucqar rayonda qızıl çıxarmaqla məşğul olan 30-dan çox mədənçi quldurlar tərəfindən qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Polis əməkdaşı Məhəmməd Şehu bildirib ki, quldurlar bazar ertəsi gecə yarısı Zamfara ştatının şimal-qərbində yerləşən Maru rayonunda qanunsuz qızıl hasilatı ilə məşğul olan mədənçilərin düşərgəsinə hücum ediblər.

O əlavə edib ki, hücum edənlər heç nə oğurlamayıblar və hücumun səbəbi hazırda məlum deyil.

Son xəbərlər

Orphus sistemi