Nigeriyada qəza: 8 maşın yanıb, 20 nəfər ölüb

Nigeriyada qəza: 8 maşın yanıb, 20 nəfər ölüb Hadisə Osun əyalətinin İlesa-Akure sürətli avtomobil yolunda baş verib.
Digər ölkələr
1306
13 Oktyabr , 2020 11:35
Nigeriyada qəza: 8 maşın yanıb, 20 nəfər ölüb

Nigeriyanın cənub-qərbindəki avtobanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 20-dən çox adam ölüb, çoxlu sayda insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı yerli “Daily Post” oktyabrın 13-də yayıb.

“Dizel yanacağı daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb və partlayıb. Nəticədə 8 maşın içindəki sərnişinlərlə birlikdə tamamilə yanıb”,- Nigeriya Yol Hərəkəti Təhlükəsizliyi Federal Xidmətinin rəsmi nümayəndəsi Aqness Oqunqbemi bildirib.

Hadisə Osun əyalətinin İlesa-Akure sürətli avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi