​Nigeriyada qaz emalı zavodundakı partlayış nəticəsində yüzdən çox insan ölüb

​Nigeriyada qaz emalı zavodundakı partlayış nəticəsində yüzdən çox insan ölüb Şahid: "Faciənin qurbanları tanınmaz dərəcədə yanıblar, qohumları onları çətin ki, tanısın"
Digər ölkələr
25 Dekabr , 2015 10:49
​Nigeriyada qaz emalı zavodundakı partlayış nəticəsində yüzdən çox insan ölüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Nigeriyanın cənub-şərqində yerləşən Anambra ştatının Nnevi şəhərində yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində yüzdən çox insan ölüb, çoxlu sayda sakin yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, yanğın baş verən zaman yanacaqdoldurma meydançasında məişət balonlarını doldurmaq üçün saatlarla növbəyə duran çoxlu sayda insan olub.

"Faciənin qurbanları tanınmaz dərəcədə yanıblar. Qohumları onları çətin ki, tanısın", - deyə, şahidlərdən biri söyləyib.

Hadisə qurbanlarının sayı barədə rəsmi məlumat verilməyib, ancaq media nümayəndləri ölənlərin sayının yüzdən çox olacağı qənaətindədir.

Partlayışın başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi