Son iki gündə Nigeriyada 43 nəfər öldürülüb

Son iki gündə Nigeriyada 43 nəfər öldürülüb Son iki gündə Nigeriyada silahlı qruplaşmaların kəndlərə hücumu nəticəsində azı 43 nəfər ölüb.
Digər ölkələr
10 İyun , 2019 16:32
Son iki gündə Nigeriyada 43 nəfər öldürülüb

Son iki gündə Nigeriyada silahlı qruplaşmaların kəndlərə hücumu nəticəsində azı 43 nəfər ölüb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu Sokoto əyalətinin polis idarəsinin sözçüsü İbrahim Kaodze bildirib.

Onun sözlərinə görə, birinci hücum iyunun 9-da Sokoto şəhərindən 100 km aralıda yerləşən 4 kəndə edilib. Bu hücum nəticəsində 25 sakin öldürülüb. Bu əyalətin kəndinə edilən ikinci hücum nəticəsində isə 18 nəfər qətlə yetirilib.

Bildirilib ki, basqınçılar qaramal oğrularıdır. 

Son xəbərlər

Orphus sistemi