Nigeriyada prezidentin danışıqlarından sonra 13 nəfər "Boko Haram" girovluğundan azad olunub

Nigeriyada prezidentin danışıqlarından sonra 13 nəfər "Boko Haram" girovluğundan azad olunub Bakı. 11 fevral. REPORT.AZ/ Boko Haram qruplaşmasının silahlıları hakimiyyət orqanları ilə danışıqlardan sonra Nigeriyada oğurlanmış 13 nəfəri girovluqdan azad ediblər.
Digər ölkələr
11 Fevral , 2018 01:59
Nigeriyada prezidentin danışıqlarından sonra 13 nəfər Boko Haram girovluğundan azad olunub

Bakı. 11 fevral. REPORT.AZ/ "Boko Haram" qruplaşmasının silahlıları hakimiyyət orqanları ilə danışıqlardan sonra Nigeriyada oğurlanmış 13 nəfəri girovluqdan azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezident Məhəmməd Buhari administrasiyasından məlumat verilib.

Bildirilir ki, onlardan 3-ü Mayduquri Universitetinin mühazirəçiləridir. Həmin şəxslər Borno ştatında azad olunublar. Onlarla yanaşı, silahlıların Damboada polis konvoyuna hücumu zamanı oğurlanmış daha 10 qadın da girovluqdan azad olunub.

Girovların azad edilməsi prezidentin silahlılarla apardığı danışıqların bir neçə mərhələsindən sonra mümkün olub. Danışıqların aparılmasına Beynəlxalq Qırmızı Xaç Komitəsi də yardım göstərib.

Son xəbərlər

Orphus sistemi