​Nigeriyada partlayış zamanı 32 nəfər həyatını itirib

​Nigeriyada partlayış zamanı 32 nəfər həyatını itirib Faciə axşam namazından sonra baş verib
Digər ölkələr
18 Noyabr , 2015 06:59
​Nigeriyada partlayış zamanı 32 nəfər həyatını itirib

Bakı. 18 noyabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində güclü partlayış baş verib. İnsident Yola şəhərinin bazarında qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə 32 nəfər ölüb, 80 nəfər yaralanıb.

Faciə axşam namazından sonra, insanlar məscidi tərk edən zaman baş verib.

Hələ ki, heç bir terror qruplaşması baş verən terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib. İlkin məlumatlara görə, hadisənin arxasında "Boko haram" radikal qruplaşması dayana bilər.

Son xəbərlər

Orphus sistemi