​Nigeriyada partlayış nəticəsində 3 nəfər ölüb, 16-sı yaralanıb

​Nigeriyada partlayış nəticəsində 3 nəfər ölüb, 16-sı yaralanıb Bombaları iki qadın işə salıb
Digər ölkələr
28 İyun , 2015 05:27
​Nigeriyada partlayış nəticəsində 3 nəfər ölüb, 16-sı yaralanıb

Bakı. 28 İyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Mayduruqi şəhərində qadın kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində ən azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, iki qadın yerli xəstəxanaya daxil olmaq istəyib, lakin onlar baxış üçün girişdə saxlanılıblar.

Bu məqamda qadınlar bombaları işə salıb.

Son xəbərlər

Orphus sistemi