Bakı. 22 dekabr. REPORT.AZ/ Nigeriyanın cənub-şərqində, Qombe əyalətindəki dayanacaqda avtobusun partladılması nəticəsində 20 nəfər ölüb, 50-də çox insan yaralanıb.
"Report" İspaniyanın "EFE" agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları bildirib.
Məlumatda qeyd olunub ki, həmin vaxt dayanacaqda çoxlu adam olub. Onların çoxu Miladı öz şəhərlərində doğmaları ilə birlikdə keçirməyə gedirmiş.
Hadisə qurbanlarının sayının artacağı ehtimal edilir.