Bakı. 29 mart. REPORT.AZ/ Nigeriyanın "Boko haram" terror qruplaşmasının yaraqlıları martın 28-də 41 nəfəri qətlə yetiriblər.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bütün hücumlar ölkənin şimal-şərqində, Nigeriya hərbçilərinin terrorçuların məhv edilməsi üzrə miqyaslı əməliyyatlara başladıqları hissəsində baş verib.
Bundan əvvəl terrorçuların 23 nəfərin başını kəsdikləri barədə məlumat yayılmışdı.