Nigeriyada məscidə hücum nəticəsində 20 nəfər ölüb

Nigeriyada məscidə hücum nəticəsində 20 nəfər ölüb Hücumun köçəri çobanlar tərəfindən edildiyi ehtimal olunur
Digər ölkələr
16 May , 2017 02:33
Nigeriyada məscidə hücum nəticəsində 20 nəfər ölüb

Bakı. 16 may. REPORT.AZ/ Nigeriyanın Niger əyalətində kənd məscidinə edilən hücum nəticəsində ən az 20 nəfər həyatını itirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məscidə hücum edənlərin kim olduğu hələ ki, məlum deyil.

Bildirilir ki, bölgədə otlaqlar üstündə kəndli fermerlər ilə köçəri çobanlar arasında tez-tez toqquşmalar baş verir. Son hücumda da Fulani çobanlarının məsul olduğu iddia edilir.

Son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalarda 400-dən çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi