Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 178-ə çatıb

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 178-ə çatıb Nigeriyada son bir həftədə Lassa qızdırması səbəbindən altı ölüm qeydə alınıb. Beləliklə, ölənlərin sayı 178-ə yüksəlib
Digər ölkələr
27 Noyabr , 2022 06:33
Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 178-ə çatıb

Nigeriyada son bir həftədə Lassa qızdırması səbəbindən altı ölüm qeydə alınıb. Beləliklə, ölənlərin sayı 178-ə yüksəlib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Yanvar ayından bu yana Afrika ölkəsində təhlükəli xəstəliyə 989 yoluxma halı qeydə alınıb.

Lassa qızdırması Nigeriyanın 26 ştatında 107 rayona yayılıb.

Qeyd edək ki, daha öncə Nigeriya hökuməti Lassa qızdırmasının müalicəsi üçün üç növ dərman müəyyənləşdirdiyini açıqlamışdı.

2021-ci ildə Nigeriyada 674 nəfərdə bu xəstəlik aşkarlanıb, onlardan 102-si ölümlə sonuclanıb.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno ştatında aşkar edilib.

Siçovul və siçanların nəcisi ilə təmas yolu ilə ötürülür. Bu təhlükəli xəstəlik insandan insana keçmək qabiliyyətinə malikdir və ölümlə sonuclana bilər.

Ölkə rəhbərliyi əhalini ehtiyat tədbirlərinə, gigiyena normalarına əməl etməyə və gəmiricilərlə təmasdan qaçınmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi