Nigeriyada kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb

Nigeriyada kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb Hücum maldarlıqla məşğul olan və köçəri həyat tərzi sürən fulani qəbiləsinin nümayəndələri tərəfindən həyata keçirilib
Digər ölkələr
2 Yanvar , 2018 23:49
Nigeriyada kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb
ria.ru

Bakı. 2 yanvar. REPORT.AZ/ Nigeriyanın cənub-şərqində yerləşən Benua ştatınındakı kəndlərin birinə edilən hücum nəticəsində azı 50 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru məlumat yayıb.

Hücum maldarlıqla məşğul olan və köçəri həyat tərzi sürən fulani qəbiləsinin nümayəndələri tərəfindən həyata keçirilib. Ölənlər arasında çoxlu sayda uşağın olduğu bildirilir.

Benua ştatı ölkənin "Orta qurşağına" aiddir. Burada fulani köçəri maldarlar qəbiləsi nümayəndələri ilə əkinçilik ilə məşğul olan xristianlar arasındakı münasibətlərdə mütəmadi olaraq gərginlik yaşanır. 

Son xəbərlər

Orphus sistemi