​Nigeriyada iki partlayış nəticəsində 49 nəfər ölüb, 71 nəfər yaralanıb

​Nigeriyada iki partlayış nəticəsində 49 nəfər ölüb, 71 nəfər yaralanıb Hadisələr Qombe şəhərində baş verib
Digər ölkələr
17 İyul , 2015 04:53
​Nigeriyada iki partlayış nəticəsində 49 nəfər ölüb, 71 nəfər yaralanıb

Bakı. 17 İyul. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Qombe ştatının eyniadlı inzibati mərkəzindəki bazarda baş verən iki partlayış nəticəsində 49 nəfər ölüb, daha 71 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə xilasetmə xidmətinin nümayəndələri məlumat yayıblar.

Onların sözlərinə görə, "yaralıların əksəriyyəti kritik vəziyyətdədirlər".

Müşahidəçilər güman edirlər ki, partlayışların arxasında böyük ehtimalla Qombedə dəfələrlə terror aktları törətmiş "Boko haram" terror qruplaşmasının üzvləri dayanır.

Son xəbərlər

Orphus sistemi