Nigeriyada hücum zamanı onlarla qoca və uşaq öldürüldü - FOTO

Nigeriyada hücum zamanı onlarla qoca və uşaq öldürüldü - FOTO Nigeriyada silahlılar iki kəndə hücum edib.
Digər ölkələr
16 Fevral , 2020 03:30
Nigeriyada hücum zamanı onlarla qoca və uşaq öldürüldü - FOTO

Nigeriyada silahlılar iki kəndə hücum edib.

“Report” xəbər verir ki, bu barədə yerli “Punch” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Kaçin ştatında baş verib. Quldurların kəndlərə hücumu nəticəsində azı 30 insan həlak olub. Qeyd edilir ki, onların əksəriyyəti qocalar və uşaqlardır.

Hazırda yaralılar təhlükəsizlik qüvvələri və polis tərəfindən mühafizə edilir.

Xatırladaq ki, Nigeriyada “Boko Haram” qruplaşması fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi