Yuxarı
    Bağlamaq

    Nigeriyada hava zərbəsi nəticəsində ölənlərin sayı 236 nəfərə çatıb

    İki yaralı xəstəxanada keçinib

    Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən Kamerunla sərhəd yaxınlığında yerləşən Renn şəhərindəki qaçqın düşərgəsinə səhvən endirilən zərbə nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla ən azı 236 nəfər həyatını itirib.

    “Report” xəbər verir ki, bu barədə şənbə günü yerli hökumətə istinadən AFP məlumat yayıb.

    "Ölənləri dəfn edən insanlardan mənə 234 nəfərin öldüyü məlum idi. Təzəlikcə daha iki yaralının xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat almışam", - deyə agentlik faciənin baş verdiyi Kala-Balqe rayonunun rəhbərinin sözlərini sitat gətirir.

    Yanvarın 17-də Nigeriya HHQ “Boko Haram” terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı səhvən ölkənin şimal-şərqindəki qaçqın düşərgəsinə zərbə endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi