Nigeriyada güclü partlayış olub, 30 nəfər ölüb

Nigeriyada güclü partlayış olub, 30 nəfər ölüb Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.
Digər ölkələr
23 Yanvar , 2021 21:14
Nigeriyada güclü partlayış olub, 30 nəfər ölüb

Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.

“Report”un məlumatına görə, bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb.

Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.

Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi