Nigeriyada faciə baş verib - gəlin və rəfiqələri yol qəzasına düşərək ölüb

Nigeriyada faciə baş verib - gəlin və rəfiqələri yol qəzasına düşərək ölüb Qəza nəticəsində 11 nəfər həyatını itirib
Digər ölkələr
24 Dekabr , 2017 21:03
Nigeriyada faciə baş verib - gəlin və rəfiqələri yol qəzasına düşərək ölüb

Bakı. 24 dekabr. REPORT.AZ/ Nigeriyanın şimal-qərbində yerləşən Kano şəhərində gəlin və onun rəfiqələrini aparan avtomobil yol qəzasına düşüb. Nəticədə gəlin də daxil olmaqla 10 rəfiqəsi dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" məlumat yayıb.

Faciə şənbə günü baş verib. Sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini şlaqbauma çırpıb. Səkkiz qız hadisə yerində ölüb, daha üçü isə xəstəxanada keçinib. Eyni zamanda üç qadın və sürücü yaralanıb.

İlkin araşdırmalara görə, qəzaya sürət həddini aşmaq səbəb olub.

Son xəbərlər

Orphus sistemi