Nigeriyada elektrik naqili futbol mərkəzinin damına düşüb: 30 ölü - FOTO - VİDEO

Nigeriyada elektrik naqili futbol mərkəzinin damına düşüb: 30 ölü - FOTO - VİDEO "Mançester Yunayted" klubu həlak olanların yaxınlarına başsağlığı verib
Digər ölkələr
21 Aprel , 2017 23:44
Nigeriyada elektrik naqili futbol mərkəzinin damına düşüb: 30 ölü - FOTO - VİDEO

Bakı. 21 aprel. REPORT.AZ/ Nigeriyada yüksək gərginlikli elektrik naqili "Mançester Yunayted" klubu azarkeşlərinin Avropa Liqasının matçını izlədiyi futbol mərkəzinin damına düşməsi nəticəsində 30 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Mirror" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Kalabar şəhərində baş verib. Şahidlər qeyd ediblər ki, onlar transformatorda alov görüblər. Bundan sonra yüksək gərginlikli naqil klubun damına düşüb.

Nəticədə 28 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 2 nəfər isə xəstəxanada ölüb.

"Associated Press"in məlumatına görə, yerli hakimiyyət orqanları hadisəni dəhşətli faciə adlandırıblar və yüksək gərginlikli xəttin altında klubun inşa edilməsinin qanunsuz olduğunu bildiriblər.

"Mançester Yunayted" "Twitter"dəki səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, hadisə ilə bağlı ilkin məlumatda 7 nəfərin öldüyü, 10 nəfərin xəsarət aldığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi