Nigeriyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Nigeriyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Nigeriyanın paytaxtı Laqosda məktəb binasının uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 41 nəfər isə xəsarət alıb.
Digər ölkələr
14 mart 2019 09:34
Nigeriyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Luc Gnago/Reuters
0 : 00
0 : 00

Nigeriyanın paytaxtı Laqosda məktəb binasının uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 41 nəfər isə xəsarət alıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, dağıntılar altından 41 nəfər çıxarılıb, xilasetmə əməliyyatı davam etdirilir. 

Xatırladaq ki, ötən gün üçmərtəbəli məktəb binasının uçması nəticəsində 100-dən çox insan dağıntılar altında qalmışdı.

***10:09

Nigeriyada məktəb binasının çökməsi nəticəsində 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

Xilasedicilər dağıntılar altından 37 nəfəri çıxarıblar. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.

Daha əvvəl Nigeriyadakı çökmüş məktəb binasının dağıntılarının altından azı 19 nəfərin, o cümlədən 7 uşağın xilas edildiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi