Nigeriyada "Boko Haram" qruplaşmasının son bazalarına qarşı hücum başlanıb

Nigeriyada "Boko Haram" qruplaşmasının son bazalarına qarşı hücum başlanıb Bu ərazi ötən fevraldan bəri havadan raket zərbəsinə tutulur
Digər ölkələr
23 Aprel , 2015 01:15
Nigeriyada  Boko Haram qruplaşmasının son bazalarına qarşı hücum başlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Nigeriya qoşunları terrorçu "Boko Haram" qruplaşmasının son istehkamı sayılan məntəqələrə hücum əməliyyatı başladıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, söhbət bu ölkənin şimal-şərqində yerləşən Sambisa meşəliyindəki "Boko Haram" bazalarından gedir.

Bu ərazi ötən fevraldan bəri havadan raket zərbəsinə tutulur. Ötən il qaçırılan onlarla məktəbli qızın məhz burada gizlədildiyi güman edilir. 

Boko Haram 2009-cu ildən bəri Nigeriyada minlərlə insanı qətlə yetirib. Qruplaşmanın fəaliyyəti nəticəsində 3 milyon insan evlərindən didərgin düşüb.

Son xəbərlər

Orphus sistemi