Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində 18 nəfər ölüb

Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində 18 nəfər ölüb Bakı. 2 aprel. REPORT.AZ/ Nigeriyanın şimalındakı Maiduquri şəhərində dünən gecə Boko Haram radikal qruplaşması silahlılarının hücumu nəticəsində 18 nəfər ölüb.
Digər ölkələr
2 Aprel , 2018 12:29
Nigeriyada Boko Haram silahlılarının hücumu nəticəsində 18 nəfər ölüb

Bakı. 2 aprel. REPORT.AZ/ Nigeriyanın şimalındakı Maiduquri şəhərində dünən gecə "Boko Haram" radikal qruplaşması silahlılarının hücumu nəticəsində 18 nəfər ölüb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Hökumətdən verilən məlumata görə, hücum nəticəsində 86 nəfər yaralanıb, 18 nəfərin meyiti Bale Şuva və Bale Kura kəndlərində tapılıb.

Qeyd olunur ki, mülki vətəndaşlar silahlılarla hökumət qüvvələri arasında şiddətli atışma zamanı qaçmağa çalışarkən yaralanıb və ölüblər.

Son xəbərlər

Orphus sistemi