Nigeriyada "Boko Haram" qruplaşması ilə toqquşmada 18 hərbçi həlak olub

Nigeriyada "Boko Haram" qruplaşması ilə toqquşmada 18 hərbçi həlak olub Nigeriyanın şimal-şərqində hərbçilərlə Boko Haram qruplaşmasının silahlıları arasında toqquşma olub.
Digər ölkələr
4 Oktyabr , 2019 07:31
Nigeriyada Boko Haram qruplaşması ilə toqquşmada 18 hərbçi həlak olub

Nigeriyanın şimal-şərqində hərbçilərlə "Boko Haram" qruplaşmasının silahlıları arasında toqquşma olub.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, toqquşma Borno ştatında, Qubio ərazisində qeydə alınıb. Atışma zamanı 18 hərbçi həlak olub.

Nigeriya ordusunun mətbuat katibi Musa Saqirin sözlərinə görə, 22 hərbçi fərarilik edib və onlar axtarılır.

"Boko Haram"ın itkiləri barədə məlumat verilmir. Qeyd edək ki, bu ekstremst qruplaşma Nigeriya ərazisində 2000-ci llərin əvvəllərindən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi