Nigeriyada "Boko Haram"ın terrorçuları məhv edilib

Nigeriyada "Boko Haram"ın terrorçuları məhv edilib Nigeriyanın şimal-şərqində keçirilmiş əməliyyat zamanı "Boko Haram" qruplaşmasının 9 terrorçusu öldürülüb.
Digər ölkələr
14 Dekabr , 2020 04:49
Nigeriyada Boko Haramın terrorçuları məhv edilib

Nigeriyanın şimal-şərqində keçirilmiş əməliyyat zamanı "Boko Haram" qruplaşmasının 9 terrorçusu öldürülüb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nigeriyanın Müdafiə Nazirliyində bildirilib ki, terrorçuluğa qarşı əməliyyatlar Borno və Yobe ştatlarında keçirilib.

Əməliyyat zamanı bir çox terrorçu yaralanıb, onlar gizlənməyə nail olublar.

Əməliyyatların gedişatında Nigeriya ordusunun hərbi qulluqçusu həlak olub, motosikletlər və terrorçuların külli miqdarda döyüş sursatı ələ keçirilib.

"Boko Haram" 2000-ci illərin əvvəllərindən Nigeriyada, Kamerunda, Çadda və Nigerdə fəaliyyət göstərir. 2009-cu ildən indiyə kimi 20 mindən çox insan bu cinayətkar qruplaşmanın qurbanı olub.

Son xəbərlər

Orphus sistemi