Nigerdə "Boko Haram"ın 57 silahlısı məhv edilib

Nigerdə "Boko Haram"ın 57 silahlısı məhv edilib Silahlıların məhv edilməsi onların ölkənin cənub-şərqindəki kəndə hücumundan sonra başlayıb
Digər ölkələr
11 Aprel , 2017 00:05
Nigerdə Boko Haramın 57 silahlısı məhv edilib
Courtesy İmage

Bakı. 11 aprel. REPORT.AZ/ Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

Qeyd edək ki, "Boko Haram" silahlıları 2009-cu ildən Çad gölü hövzəsindəki ölkələrdə 20 mindən çox insanı qətlə yetirib. Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb. 

Hüquq-müdafiəçilərinin sözlərinə görə, ekstremistlər on minlərlə insanı, o cümlədən 10 min gənci və minlərlə qadını oğurlayıblar. Silahlılar bunün üçün girovlardan terrorçu-kamikadze kimi istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi