Nigeriyada BMT bazasına hücum edilib

Nigeriyada BMT bazasına hücum edilib İŞİD terror qruplaşması ilə bağlı olan silahlılar BMT-nin Nigeriyanın şimal-şərqindəki bazasına hücum ediblər
Digər ölkələr
2 Mart , 2021 02:16
Nigeriyada BMT bazasına hücum edilib

İŞİD terror qruplaşmasına bağlı olan silahlılar BMT-nin Nigeriyanın şimal-şərqindəki bazasına hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə güc və humanitar strukturlardakı mənbələrə istinadən “Agence France-Presse” (AFP) bildirib.

Məlumata görə, hadisə Borno ştatının Dikva şəhərində baş verib. Terrorçular bazaya hücüm edərək onu yandırıblar. BMT-nin 25 əməkdaşı bunkerdə gizlənib. Qeyd edilir ki, silahlılar bunkerə girməyə çalışırlar.

Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi