Nigeriyada şirədən kütləvi zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb, 400-dən çox insan xəstəxanaya yerləşdirilib
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Kano Amin İbrahim Sanyav bildirib.
Onun sözlərinə görə, zəhərlənmə ölən və xəstəxanaya yerləşdirilənlərdə əsasən böyrək çatışmazlığına səbəb olub. Nazir ölkə vətəndaşlarını kustar üsulla hazırlanan şirələri içməməyə çağırıb. Məlumata görə, Ramazan ayında belə şirələrdən daha çox istifadə edilir.
Hökumət hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bundan başqa, ölkənin Qombe əyalətində təbii sərvətlərin mənbələrinin bölüşdürülməsi ilə bağlı yaranan anlaşılmazlıqlar etnik qruplar arasında yenidən silahlı qarşıdurmaya çevrilib.
Aprelin 16-da baş verən atışma nəticəsində 19 nəfər ölüb. İğtişaşlar zamanı çoxlu sayda ev dağıdılıb, yüzlərlə insan öz evini tərk etməyə məcbur olub.