Yuxarı

​Nigeriyada bazarda terror aktı törədilib: 11 nəfər ölüb

Terror aktının 12 yaşlı uşaq tərəfindən törədildiyi bildirilir

Bakı. 29 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində bazarda kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, bir çox insan isə yaralanıb.

Bu barədə "Report" "Frans Press" agentliyinə istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, terror aktı 12 yaşlı uşaq tərəfindən törədilib.

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi