Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb

Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında yük avtomobilinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb.
Digər ölkələr
19 Dekabr , 2021 20:27
Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında yük avtomobilinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “The Punch” qəzeti yerli yol polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Dass və Bauçi şəhərlərini birləşdirən magistral yolda yük maşını və minik avtomobili toqquşub, nəticədə 8 nəfər ölüb, bir nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qəzaya sürət həddinə əməl edilməməsi səbəb ola bilər.

Nigeriya hökuməti sürücüləri qarşıdan gələn Yeni il tətillərində daha diqqətli olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi