Nigeriyada baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb

Nigeriyada baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb Bakı. 4 mart. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb.
Digər ölkələr
228
4 Mart , 2018 00:15
Nigeriyada baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb

Bakı. 4 mart. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində baş verən toqquşmalarda azı 15 nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə TASS "Sinxua" agentliyinə istinadən xəbər verib.

Yerli sakinlərin və polisin agentliyə verdikləri xəbərdə bildirilir ki, qarşıdurmalar Mambilla yaşayış məntəqəsində qeydə alınıb. Toqquşmalar zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.

Qarşıdurmalara səbəb Mambillanın fermerləri ilə maldarları arasında fikir ayrılığı olub. Həmin ərazidə Qərbi Afrikada yeganə yüksək dağ çay plantasiyası yerləşir.

"Hücum zamanı bir neçə ev dağıdılıb, mal-qara öldürülüb", - deyə polis nümayəndəsi Devid Misal bildirib. Hadisənin baş verdiyi əraziyə bir neçə mobil polis və ordu dəstəsi göndərilib.

Nigeriyada maldarlarla fermerlər arasında qarşıdurmalar nadir hadisə deyil. Ölkənin müxtəlif ştatlarında oturaq və ya köçəri həyat sürən aparıcı etnik qruplar arasında mütəmadi olaraq qarşıdurmalar baş verir.

Son xəbərlər

Orphus sistemi