Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb

Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb Nigeriyanın cənub-şərqində yerləşən Abiya əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb.
Digər ölkələr
30 İyun , 2020 17:44
Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb

Nigeriyanın cənub-şərqində yerləşən Abiya əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, avtobus Abiyanın Aba şəhərindən İmo əyalətinin Overri şəhərinə gedirmiş. 

Məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Belə ki, nəqliyyat vasitəsinin təkəri çıxdığı üçün sürücü idarəetməni itirib. Avtobus bir neçə dəfə aşıb.

Polis hadisə qurbanlarının sayını dəqiq deməsə də, yerli KİV ölənlərin 18-dən çox olduğunu yazıb.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi