Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib

Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib Onlar bir neçə "Boko haram" terrorçusu müqabilində buraxılıblar
Digər ölkələr
7 May , 2017 09:24
Nigeriyada 82 məktəbli qız terrorçulardan azad edilib
TASS

Bakı. 7 may. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko haram" terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Bəli, 82 qız azad olunub", - deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib.

Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan olan bir neçə terrorçunun müqabilində azad ediliblər.

Son xəbərlər

Orphus sistemi